Pakistan İrana cavab zərbəsi endirdi
Hurriyyet.az xəbər verir ki, Pakistanın Hərbi Hava Qüvvələri İranın sərhədə yaxın ərazisində yerləşən obyektlərə zərbələr endiriblər. Pakistan ordusunun açıqlamasında İranda yerləşən terrorçu separatçı qrupların bazalarının vurulduğu bildirilir.
Bəlli olduğu kimi, yanvarın 16-da İran "Ceyş əl Ədl" qruplaşmasının Pakistanda yerlləşən iki qərargahına raket və dron zərbələri endirib.
Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun 16 yanvar tarixindəki hücumu nəticəsində 2 uşağın həlak olduğu bildirilir.
Pakistan hökuməti ölkəsinin hava məkanının sərhədlərinin İran tərəfindən pozulmasını qətiyyətlə pisləyib və bu cür addımların ciddi nəticələri ola biləcəyi barəsində xəbərdarlıq edib.
Hürr Tərcüman