Pakistan İrana xəbərdarlıq etdi
2024-01-17 08:45:42
Hurriyyet.az xəbər verir ki, Pakistan hökuməti ölkəsinin hava məkanının sərhədlərinin İran tərəfindən pozulmasını qətiyyətlə pisləyib və bu cür addımların ciddi nəticələri ola biləcəyi barəsində xəbərdarlıq edib.
Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun 16 yanvar tarixindəki hücumu nəticəsində 2 uşağın həlak olduğu bildirilir.
Bəyanatda deyilir: "Bu qanunsuz addımın Pakistanla İran arasında bir sıra əlaqə kanallarının mövcud olmasına baxmayaraq atılması faktı narahatlığı daha da artırır".
"Tasnim" agentliyinin məlumatına görə, yanvarın 16-da İran "Ceyş əl Ədl" qruplaşmasının Pakistanda yerlləşən iki qərargahına raket və dron zərbələri endirib.
Hürr Tərcüman