📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistan pilotları Çin səmasında

2023-08-26 10:28:31

Pakistan pilotları Çin səmasında

Hurriyyet.az TASS informasiyaxəbər verir ki, Çin ilə Pakistanın Hərbi Hava Qüvvələri yaxın zamanda Çinin şimal-qərbində “Qəhrəman qartal – 10” birgə təlimlərini keçirəcəklər. Bu barədə məlumatı Çinin Müdafiə Nazirliyi verib. Təlimlər avqustun axırından sentyabrın əvvəlinə qədər davam edəcək. Açıqlamada deyilir: “Təlimlərin iki ölkənin silahlı qüvvələri arasında praktik əməkdaşlığı dərinləşdirəcəyi, real döyüş rejimində məşqlərin səviyyəsini qaldıracağı gözlənilir”.

İyulun axırında Çinin Müdafiə naziri Li Şanfu Pekində Pakistanın Hərbi Hava Qüvvələri Qərargahının rəisi Zahir Əhməd Babadla görüşüb. Görüş zamanı Çin tərəfi İslamabada hərbi əməkdaşlıqda ikitərəfli koordinasiyanı gücləndirməyi təklif edib.

Hürr Tərcüman