Pakistan sanksiyalara görə İranla qaz müqaviləsini dayandırdı
2023-08-09 14:05:00
Pakistan ABŞ-ın sanksiyaları səbəbindən qaz idxalı üçün boru kəmərinin tikintisi ilə bağlı İranla imzaladığı müqavilədəki öhdəliklərini dayandırıb. Bu barədə Pakistanın neft naziri Müsəddiq Malik məlumat verib.
O, ölkə parlamentində çıxışında İslamabadın bu barədə Tehranı məlumatlandırdığını deyib.
Nazir bildirib ki, İran Pakistanın bu qərarını etibarsız adlandırıb, buna görə məsələ arbitraj yolu ilə həllini tapmalıdır.
Qeyd edək ki, bir müddət əvvəl Pakistanın İran qazından imtina edərək Türkmənistanla müqavilə bağladığı barədə xəbərlər yayılmışdı.
Ülviyyə, Hurriyyet.az