📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistan Taliban liderlərindən birini öldürdü

2021-09-20 15:57:00

Pakistan Taliban liderlərindən birini öldürdü

Pakistan təhlükəsizlik qüvvələri xüsusi əməliyyat nəticəsində Təhrik-i-Taliban Pakistan terror təşkilatının liderlərindən olan Səfiullahı məhv edib.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Sinxua” agentliyi yayıb. Məlumata görə, əməliyyat Şimali Vəziristan vilayətində baş tutub.

Qeyd edək ki, Səfiuallah 2020-2021-ci illərdə bir sıra qətllərin və insan oğurluğunun təşkilatçısı olmuşdu.