📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistan Tehrandakı səfirini geri çağırdı: "İran cavabını alacaq"

2024-01-17 16:05:46

Pakistan Tehrandakı səfirini geri çağırdı:

Hurriyyet.az xəbər verir ki, Pakistan İrandakı səfirini geri çağırıb. Bu barədə açıqlamanı Pakistan XİN verib.
Nazirliyin bəyanatında Pakistanın İranın yanvarın 16-da ölkə ərazisinə endirdiyi zərbələri qeyri-qanuni hesab elədiyi və buna cavab vermək hüququndan imtina eləmədiyi bildirilir. Pakistan XİN hazırda öz ölkəsində olan İran səfirinin də indi İslamabada qayıda bilməyəcəyini də qeyd edib.
Qeyd edək ki, bu yaxınlarda, Davosdakı iqtisadi forumda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Pakistanın müvəqqəti baş naziri Ənvər ul Hakom Kakar ilə görüşüb.
Hürr Tərcüman