Pakistan Ukraynaya zenit-raket kompleksləri göndərir
2023-04-29 09:48:00
Hurriyyet.az xəbər verir ki, “Ekonomik Tayms” (“The Ecomomic Taimes”) nəşrinin öz mənbələrinə istinadla yaydığı məlumata görə, Pakistan Ukraynaya öz istehsalı olan “Anza Mark-II” daşına bilən zenit-raket kompleksləri göndərmək niyyətindədir. Silahın Ukraynaya Polşa ərazisindən aparılacağı bildirilir. Məlumatda deyilir: “Fevral ayında Polşa ilə Pakistan Kiyevə müdafiə avadanlıqlarının tədarükündə qarşılıqlı anlaşma ilə bağlı razılaşma imzalayıblar”.
“Anza” – Pakistan tərəfindən istehsal edilən “yer-hava” tipli mobil raket seriyasıdır, yaxın mənzilli HHM üçün istifadə olunur.
Hürr Tərcüman