Pakistan və Əfqanıstan arasında silahlı toqquşma baş verib
2025-05-30 00:02:27
Pakistan hərbçiləri ilə "Taliban" hərəkatının üzvləri arasında Əfqanıstanın Hilmand vilayətində silahlı qarşıdurma qeydə alınıb.
Bu barədə "Al Arabiya" məlumat yayıb.
Məlumata görə, insident Pakistanda yeni nəzarət-buraxılış məntəqəsinin tikintisi fonunda baş verib.
Hadisə ilə bağlı əlavə detallar barədə məlumat verilməyib. \\APA