📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistan və Ermənistan razılığa gəldi

2025-08-29 15:45:06

Pakistan və Ermənistan razılığa gəldi

Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsinə baxmağa razılaşıblar.

Hurriyyet.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar X səhifəsində məlumat verib.

İshaq Dar Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığını apardığını vildirib.

Onun sözlərinə görə, tərəflər söhbət zamanı iki ölkə arasında diplomatik münasibətlərin qurulması imkanlarını müzakirə etmək barədə razılığa gəliblər.

Nazirin sözlərinə görə, tərəflər gələcək əməkdaşlıq istiqamətlərini də diqqət mərkəzində saxlayıblar.

Axar.az