Pakistan vətəndaşı: Milli geyimlər, kəlağayılar Azərbaycan mədəniyyətinin zənginliyini göstərir
Azərbaycan qadınlarının milli geyimlərini və kəlağayılarını qoruyub saxlaması, bu ənənələri yaşatması çox təqdirəlayiqdir.
Bunu "Report"a açıqlamasında Pakistan vətəndaşı Vaiz Yamin "Kəlağayı yürüşü" çərçivəsində deyib.
O, Azərbaycan geyimlərini, xüsusilə də milli geyimləri çox bəyəndiyini qeyd edib:
"Kəlağayılar da çox gözəldir. Hər bir geyimin özünəməxsus gözəlliyi və mənası var. Milli geyimlər, kəlağayılar və döyüş sənətləri Azərbaycan mədəniyyətinin zənginliyini göstərir. Bu cür festivalların keçirilməsi çox vacibdir, çünki onlar milli dəyərlərin gələcək nəsillərə ötürülməsinə kömək edir".
V.Yamin Azərbaycan xalqının çox mehriban və qonaqpərvər olduğunu da vurğulayıb.
"Həmçinin havanın gözəl olması, insanların gülərüzlülüyü ölkəni daha da maraqlı edir", - o vurğulayıb.