Pakistan XİN İran ərazisində aparılan əməliyyatla bağlı açıqlama verdi
2024-01-18 08:50:00
Hurriyyet.az xəbər verir ki, Pakistan XİN mətbuat xidməti ölkənin Hava Qüvvələrinin bu gün səhər saatlaında aparılan "Marg Bar Sarmachar" adlı antiterror əməliyyatı çərçivəsində İranın Sistan və Belucistan vilayətindəki "terror sığınacaqlarına" zərbələr endirildiyini bəyan edib.
Açıqlamada deyilir: "Bu gün səhər Pakistan İranın Sistan və Belucistan vilayətindəki terror sığınacaqları hədəflərinə ardıcıl və yüksək dəqiqlikli zərbələr endirib. "Marg Bar Sarmachar" kod adlı əməliyyat çərçivəsində bir neçə terrorçu zərərsizləşdirilib".
Hürr Tərcüman