Pakistanda 1265 nəfər selin qurbanı olub
2022-09-03 22:31:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Pakistanda 14 iyun tarixindən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1265 nəfərə çatıb.
Son 24 saat ərzində isə 57 nəfər sel sularının qurbanı olub.
Sellərlə daşqınların ziyan vurduğu ərazilərdə 33,4 milyon insan yaşayır. Ölkə ərazisindəki əkin sahələrinin 45%-i suyun altında qalıb.
Hürr Tərcüman