📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda antiterror əməliyyatı keçirilib

2021-10-23 13:00:00

Pakistanda antiterror əməliyyatı keçirilib

 

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Pakistanın Belucistan əyalətində təhlükəsizlik qüvvələri 9 terrorçunu zərərsizləşdiriblər.

Terrorla Mübarizə Departamentinin açıqlamasında Mastunq bölgəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında döyüş baş verdiyi bildirilib.

Döyüşdə 9 terrorçunun zərərsizləşdirildiyi bildirilən açıqlamada çox sayda silah və sursat ələ keçirildiyi qeyd edilib, lakin terrorçuların hansı təşkilatın üzvü olduğu bildirilməyib.

Şimali Vəziristanda dünən uzaqdan idarə edilən bombanın işə salınması nəticəsində dünən 2 əsgər həlak olmuşdu.

Hürr Tərcüman