Pakistanda atışma – polislər şəhid olublar
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, aprelin 10-da Pakistanın Belucistan vilayətində silahlılarla asayiş keşikçiləri arasında baş verən atışma nəticəsində 4 polis həlak olub, bir nəfər silahlı zərərsizləşdirilib.
Terror aktını hələ heç bir təşkilat öz üzərinə götürməyb.
Dünən Kuettada baş verən terror partlayışı zamanı 2 nəfəri polis olmaqla 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Son aylarda Pakistanın xüsusilə də Heybər Pahtunya və Belucistan vilayətlərində terror aktları artıb.
İslamabad bu hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə edildiyini bildirir. Əfqanıstan isə bu iddiaları rədd edir.
Yanvarın 30-da isə Pakistanın Pişəvər şəhərində zöhr namazı vaxtı törədilən kamikadze partlayışı zamanı əksəriyyəti polis olmaqla, 102 nəfər həlak olmuşdu.
Belucistanda martın 6-da baş verən kamikadze partlayışı zamanı da 10 nəfər polis həlak olmuşdu.
Hürr Tərcüman