📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda avtobus yük maşını ilə toqquşub - 11 nəfər ölüb

2026-02-15 12:46:44

Pakistanda avtobus yük maşını ilə toqquşub - 11 nəfər ölüb

Pakistanın cənubundakı Sind vilayətinin Xayrpur rayonunda avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları qəzanın avtobus sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verdiyini bildirib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, faktla bağlı araşdırma aparılır.