📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda bankda partlayış: 14 ölü, 15 yaralı

2021-12-18 20:27:00

Pakistanda bankda partlayış: 14 ölü, 15 yaralı

Pakistanın Kəraçi şəhərində yerləşən banklardan birində partlayış baş verib.

Hadisə nəticəsində ən azı 14 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

İlkin ehtimallara əsasən, partlayışa səbəb kimi kanalizasiya şəbəkəsindəki qaz toplanması göstərilib.

Bununla belə, hadisənin terror aktı olması ehtimalı da istisna edilmir. \\Oxu.az