Pakistanda bazarda bomba partlayıb, bir nəfər ölüb, altı nəfər yaralanıb
2022-12-11 00:02:00
Pakistanın cənub-şərqində yerləşən Bəlucistan vilayətinin Avaran bölgəsində bazarda bomba partlaması nəticəsində 1 nəfər ölüb, azı 6 nəfər yaralanıb.
Hurriyyet.Az bildirir ki, bu barədə Report “CBC News”a istinadən xəbər verir.
Pakistanlı polislər terror aktının bəluclu separatçılar tərəfindən həyata keçirildiyini bildiriblər.
Amma indiyədək heç bir terror təşkilatı bu hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib.