Pakistanda bombalı hücum: 2 hərbçi öldü, 4-ü yaralandı
2023-04-08 23:12:00
Pakistanın Hayber Paxtunxva əyalətinin Bara bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan avtomobil uzaqdan idarə olunan bomba ilə partladılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 2 əsgər ölüb, 4-ü isə yaralanıb.
Təhlükəsizlik qüvvələri hücum edənlərə qarşı əməliyyata başlayıb. \\Axar.Az