📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü

2026-09-18 14:21:24

Pakistanda cümə namazı vaxtı partlayış - Azı 15 nəfər öldü

Pakistanın Xeybər-Paxtunxva əyalətində cümə namazı zamanı məscidin yaxınlığında partlayış törədilib.

Hurriyyet.media  “Geo TV”yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 15 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. 

Sözügedən məscidin polis bölməsinin yaxınlığında yerləşdiyi bildirilir.

Partlayış nəticəsində məscidin divarlarından biri uçub, hadisə yerində xilasedicilər çalışır.