📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda güclü zəlzələ - 20 nəfər öldü+VİDEO

2021-10-07 10:33:00

Pakistanda güclü zəlzələ - 20 nəfər öldü+VİDEO

Pakistanın Bəlucistan əyalətində baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb, 200 -dən çox adam yaralanıb.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə Təbii fəlakətlərlə mübarizə üzrə İdarənin direktoru Nəsir Nəsir bildirib.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib və Kvetta şəhərindən təxminən 100 km məsafədə olub. Hökumət binaları da daxil olmaqla 100-dən çox ev uçub, bir çoxuna ziyan dəyib.