📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda güclü zəlzələ oldu

2023-08-05 09:50:00

Pakistanda güclü zəlzələ oldu

Pakistanda 5 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Battaqram şəhərindən 25 km şimal-qərbdə, 43 km dərinlikdə meydana gəlib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.