📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda iki qayıq toqquşdu: 30 balıqçı itkin düşdü

2022-01-22 16:55:00

Pakistanda iki qayıq toqquşdu: 30 balıqçı itkin düşdü

Pakistanın Sind əyaləti sahillərində - Ərəb dənizində yanvarın 22-də iki qayığın aşması nəticəsində 30-dan çox balıqçı itkin düşüb.

Qayıqda 35-dən çox balıqçı olub. Onlardan 5-i xilas olunub. Pakistan Hərbi Dəniz Qüvvələri və könüllülər itkin düşənlərin axtarışını davam etdirirlər.

Yerli hakimiyyət nümayəndəsi hadisəyə səbəb olaraq güclü küləyi və qayıqların həddən artıq yüklənməsini göstərib.

virtualaz.org