Pakistanda kamikadze hücumu - ölənlər var
2024-08-27 11:29:05
Hurriyyet.az xəbər verir ki, Pakistanın Hayber-Paxtunva əyalətində kamikadzenin hücumu nəticəsində dörd nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə "Dawn" nəşri məlumat verib. Qəzetin yazdığına görə, hadisə avqustun 26-da, səhər saatlarında Şimali Vəziristan rayonundakı Razmak yaşayış məntəqəsində baş verib. Hücumçunun hədəfi əvvəllər həmin regiondakı terror qruplaşmalarından birinin səhra komandiri və sonradan Pakistan hakimiyyətinə təslim olmuş şəxs olub. Terrorçu kamikadze içərisində həmin şəxs olan avtomobilə hücum edib. Partlayış nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Hürr Tərcüman