📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda kamikadze terroru - Ölənlər var

2025-05-21 13:19:28

Pakistanda kamikadze terroru - Ölənlər var

Hurriyyet.az xəbər verir ki, Pakistanın cənub-qərbində terrorçu kamikadze məktəb avtobusunu partladıb. 
Hadisə nəticəsində azı dörd uşağın həlak olduğu, 38 nəfərin yaralandığı bildirilir.
Yerli polis komissarının müavini Yasir İkbal hücumun Hudzar rayonunda, avtobusun uşaqları şəhərdəki məktəbə apardığı zaman baş verdiyini xəbər verib.
Pakistanın daxili işlər naziri Möhsün Nakvi düşmənin günhasız körpələri hədəfə almaqla aşkar vəhşilik etdiyini söyləyib.
Yaralı uşaqlardan bir neçəsinin vəziyyətinin ağır olduğuna görə, ölənlərin sayının arta biləcəyi bəyan edilib.
Hürr Tərcüman