📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Pakistanda keçirilən danışıqlarda İranın maraqları müdafiə olunur" - Pezeşkian

2026-04-11 19:21:57

"Pakistanda keçirilən yüksək səviyyəli danışıqlarda İranın nümayəndə heyəti ölkəmizin maraqlarınıl müdafiə edir və bu istiqamətdə cəsarətlə müzakirələr aparır".

APA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X”-də yazıb.

"Hər bir halda, xalqa xidmətimiz bir an belə dayanmayacaq və bundan sonra da nəticədən asılı olmayaraq xalqın yanında dayanacağıq", - İran Prezidenti paylaşımda bildirib.