📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda kömür mədənində partlayış - ölənlər var

2022-02-05 21:08:00

Pakistanda kömür mədənində partlayış - ölənlər var

 

Yaralılar ən yaxın xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki kömür mədənində şənbə günü baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, daha beş nəfər yaralanıb.

Bu barədə “Sinxua” agentliyi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə regional idarəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisəyə səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.

Yaralılar ən yaxın xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır. \\Qazet.az