📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda məsciddə partlayış: 15 ölü, 80-dən çox yaralı var

2026-02-06 14:46:00

Pakistanda məsciddə partlayış: 15 ölü, 80-dən çox yaralı var

Pakistanın paytaxtı İslamabadda məsciddə partlayış baş verib.

Hurriyyet.org"The Economic Times"a istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Polis rəsmiləri bildiriblər ki, partlayış İslamabadın Şehzad qəsəbəsində yerləşən şiə məscidində baş verib.

Hadisə yerinə polis və xilasetmə qrupları göndərilib, paytaxtın bütün əsas xəstəxanalarında fövqəladə vəziyyət tətbiq edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.