Pakistanda məsciddə partlayış: 44 ölü, 157 yaralı - Video
2023-01-30 19:36:00
Pakistanın Peşavar şəhərindəki məscidlərin birində terror aktı törədilib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.
Hadisə zamanı 17 nəfər ölüb, 90-dan çox insan isə yaralanıb.\\Axar
***
Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə yerli Geo TV telekanalı məlumat yayıb.
Hadisə zamanı ərazidə 500-ə yaxın adamın olduğu bildirilib.
***
Peşavarda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.
Bu barədə "Davn" qəzeti məlumat yayıb.
Daha 157 nəfərin yaralandığı bildirilib.