📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda məsciddə partlayış qurbanlarının sayı artdı

2022-03-05 17:04:00

Pakistanda məsciddə partlayış qurbanlarının sayı artdı

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. 

Qafqazinfo “Dawn” qəzetinə istinadən xəbər verir ki, terror aktı zamanı yaralanan 5 nəfər xəstəxanada dünyasını dəyişib və bununla da, məsciddə həlak olanların sayı 62-yə çatıb. 

Daha əvvəl bu rəqəm 56 idi. 

Xatırladaq ki, martın 4-ü iki terrorçu məscidə girməyə cəhd edib. Orada onlarla polis əməkdaşları arasında atışma olub. Nəticədə bir polis həlak olub, digəri isə ağır yaralanıb. Terrorçulardan biri məscidə daxil ola bilib və partlayıcı qurğunu işə salıb.

Qafqazinfo.az