📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda ölənlərin sayı artdı

2025-05-07 09:56:05

Pakistanda ölənlərin sayı artdı

Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları qərargahının rəisi, general Asim Munira istinadən “Reuters” agentliyi yayıb. 

Bildirilib ki, zərbə nəticəsində yaralananların sayı isə 46 nəfərə yüksəlib. 

Bundan əvvəl, hadisə zamanı 8 nəfərin öldüyü, 35 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Qafqazinfo.az