📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb

2026-01-12 23:06:06

Pakistanda partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb

Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qarşı törədilən partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Reuters" yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, uzaqdan idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsində beş polis əməkdaşı hadisə yerində, daha iki nəfər isə xəstəxanada ölüb.
Hücumun məsuliyyətini "Təhriki-Taliban" qruplaşması öz üzərinə götürüb.