Pakistanda təbii fəlakət
2023-07-11 20:55:00
Hurriyyet.az xəbər verir ki, musson yağışlarının səbəb olduğu sel və sürüşmələr nəticəsinə iyun ayının axırından bəri 86 nəfər həlak olub.
Pakistanın Fövqəladə Hallar İdarəsinin açıqlamasında deyilir: “Son günlər ərzində Pəncab və Sind vilayətlərində təbii fəlakət nəticəsində 6 nəfər həlak olub. Yağışlar mövsümünün başlandığı 25 iyun tarixindən bəri ölkə ərazisində azı 86 nəfər leysanların qurbanına çevrilib,150 nəfərdən artıq insan zərər çəkib”.
Ən çox itki (53 nəfər) Pəncab vilayətində olub.
Hürr Tərcüman