📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda terakt: 11 nəfər öldü, 6 nəfər yaralandı

2025-02-14 22:04:34

Pakistanda terakt: 11 nəfər öldü, 6 nəfər yaralandı

Pakistanda (Bəlucistan əyalətinin Harnay rayonunda) şaxta yaxınlığında baş verən partlayışda 11 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Bu barədə “Hindu” nəşri məlumat yayıb.
Bildirilib ki, kömür daşıyan maşın yaxınlaşanda yola döşənmiş uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu işə salınıb. \\Axar.Az