Pakistanda terror – onlarla polis həlak oldu
2023-12-12 14:49:57
Hurriyyet.az xəbər verir ki, Pakistanın şimal-qərbindəki polis məntəqəsinin yanında minalanmış avtomobil partlayıb. “Assoşieyted Press” agentliyinin məlumatına görə, partlayış nəticəsində 22 nəfər polis əməkdaşı həlak olub, 32 asayiş keşikçisi isə yaralanıb. Partlayış nəticəsində məntəqənin yerləşdiyi binanın bir hissəsi dağılıb.
Terror hadisəsi ilə bağlı araşdırma aparılır.
Hürr Tərcüman