Pakistanda toya gedən insanlar çayda batdı - 20 nəfər öldü
2022-07-18 22:38:00
Pakistanda 100-dən çox adamı daşıyan qayıq çayda batıb.
Bu barədə Pakistanın “Geo News TV” telekanalı məlumat yayıb.
Yerli rəsmilər ən azı 20 nəfərin öldüyünü, daha 30 nəfərin itkin düşdüyünü bildirib.
Həddindən artıq yüklənmiş qayıq Sadiqabad bölgəsində, Hind çayında aşıb.
90-a yaxın adamın dalğıclar tərəfindən xilas edildiyi bildirilən açıqlamada sərnişinlərin əksəriyyətinin qadın və uşaqlar olduğu qeyd edilib.
Qayıqdakı şəxsləri qohum olduğu və onların çayın bir tərəfindən digərinə toya gedən zaman batdığı bildirilir. \\Konkret