📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanda xəstəxanada 14 körpə həlak oldu

2026-08-26 11:39:19

Pakistanda xəstəxanada 14 körpə həlak oldu

Pakistanın paytaxtı İslamabadda ölkənin ən böyük dövlət xəstəxanalarından birində yanğın baş verib.

Hurriyyet.media  “BBC”yə istinadən xəbər verir ki, hadisə tibb müəssisəsinin doğum şöbəsində qeydə alınıb.

Nəticədə, 14 yenidoğulmuş körpə həlak olub. Ölənlərin sayının artacağı istisna edilmir.

İlkin məlumata görə, yanğın xəstəxananın üçüncü mərtəbəsində yerləşən kondisionerin kompressorunun partlaması səbəbindən başlayıb.