📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanın Baş naziri Davos forumunu təcili tərk etdi

2024-01-18 10:36:45

Pakistanın Baş naziri Davos forumunu təcili tərk etdi

Hurriyyet.az xəbər verir ki, İranla münasibətlərin gərginləşməsi üzündən Pakistanın Baş naziri vəzifəsinin müvəqqəti icraçısı Ənvərül Haq Kakar Davos səfərini yarımçıq qoyaraq  ölkəsinə qayıdıb.
"The News International" nəşrinin yazdığına görə,  Pakistanın müvəqqəti hökumətinin başçısı Ənvərül Haq Kakar Davosdakı Ümumdünya İqtisadi Forumunda iştirakını dayandıraraq, təcili İslamabada uçmağı qərara alıb.
Bəlli olduğu kimi, yanvarın 16-da İran terrorçuların mövqelərini vurduğunu bəyan edərək, Pakistan ərazisinə zərbələr endirib. Pakistan  dövləti isə bunun öz suverenliyinin pozulması olduğunu, hücum zamanı 2 uşağın həlak olduğunu bildirərək İrana xəbərdarlıq edib. Ardından ötən gecə Pakisan İranın Sistan və Belucustan vilayətlərinə zərbələr endirərək, hədəfin "terror sığınacaqları" olduğunu bəyan edib. İran da öz növbəsində dinc əhali arasında itkilərin olduğunu bildirib.
Hürr Tərcüman