Pakistanın Rusiya ilə bağlı planları
Hurriyyet.az xəbər verir ki, Pakistan müdafiə və hərb sahələrində Rusiya Federasiyası ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bu barədə açıqlamanı Pakistan senatının müdafiə komitəsinin sədri Müşahid Hüseyn Səid "RİA Novosti" agentliyinə müsahibəsində verib. Onun sözlərinə görə, "hərbi texnika, hərbi hazırlıq, analitik mərkəzlərin təhlükəsizlik məsələləri barəsində fikir mübadilələri" bu əməkdaşlığa daxil ola bilər.
Senator onu da qeyd edib ki, Pakistanla Rusiya "demək olar, qonşudurlar, aralarında cəmi bir ölkə var".
Müşahid Hüseyn Səid deyib: "Pakistan Rusiya, Çin, İran, Əfqanıstan və Orta Asiyanı bir birinə bağlayan regional iqtisadi əlaqələr mərkəzi rolunu oyanamağa çalışır. Pakistan həm də Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması üçün RF ilə əməkdaşlıq eləməyə çalışır".
Hürr Tərcüman