📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanın yeni silahlı PUA-sı beynəlxalq sərgidə: SHAHPAR II

2021-11-30 15:46:00

Pakistanın yeni silahlı PUA-sı beynəlxalq sərgidə: SHAHPAR II

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Pakistan Misirin paytaxtı Qahirə şəhərində keçirilən Hərbi Müdafiə Sənayesi Sərgisində (Edex 2021) SHAHPAR-II adlandırılan yeni Silahlı Pilotsuz Uçuş Aparatını (SPUA) nümayiş etdirib.

Qahirədə keçirilən Hərbi Müdafiə Sənayesi Sərgisində (Edex 2021) 42 ölkədən olan 400 şirkət iştirak edir.

Pakistanın yeni silahlı dronu olan SHAHPAR-II 120 kiloqram ağırlığında silah daşıya, kəşfiyyat məqsədi ilə 14 saat havada qala bilər. Silahlı dron kimi 7 saat xidmət müddətinə malik SHAHPAR-II yer anteni ile 300 kilometr mənzil məsafədən idarə oluna bilir.

 

Hürr Tərcüman