📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistanlı general pusquya salınaraq öldürüldü

2023-03-22 00:12:00

Pakistanlı general pusquya salınaraq öldürüldü

Pakistanın Xayber Paxtunxva əyalətində Xidmətlərarası Kəşfiyyat İdarəsinin zabiti, briqada generalı Mustafa Kamal Barki terrorçuların pusqusuna düşərək həyatını itirib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçularla baş verən atışmada Barki və sürücüsü həyatını itirib, 7 hərbçi isə yaralanıb.

Hücumun hansı qruplaşma tərəfindən təşkil edildiyi açıqlanmasa da, bu kimi təxribatların “Pakistan Talibanı” tərəfindən planlaşdırıldığı ehtimal edilir.