📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Palata 2027-ci ilin dövlət büdcəsi layihəsinə rəyi təsdiqlədi - Fotolar

2026-11-02 17:16:10

Palata 2027-ci ilin dövlət büdcəsi layihəsinə rəyi təsdiqlədi - Fotolar

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Hurriyyet.net  xəbər verir ki, iclasda ilk olaraq Azərbaycanın 2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə edilib.

Müzakirə zamanı qeyd olunub ki, Rəy dövlət büdcəsi haqqında Qanun layihəsinin və onunla birlikdə təqdim edilmiş aidiyyəti sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğunun, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərclərinin, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyünün və tamlığının qiymətləndirilməsini əhatə edir.

Kollegiya iclasında Rəydə təqdim olunan əsas nəticələr və tövsiyələr ətraflı müzakirə edilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb. Yekunda Rəyin təsdiq olunaraq Milli Məclisinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Daha sonra iclasda Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üçün büdcə layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub.

Həmin Rəy üzrə aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr Kollegiya üzvlərinin müzakirəsinə çıxarılıb.

Yekunda Rəyin təsdiq edilməsi və Milli Məclisə göndərilməsi ilə bağlı qərar verilib.