📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Pandora sənədləri" ortalığa niyə atıldı

2021-10-05 13:55:00

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Birliyinin "müəlliffi olduğu" (ICIJ) "Pandora sənədləri" güman ki, kimlərisə kompromat məqsədilə ortaya atıldı. Bundan əvvəl "Panama sənədləri" və "FinCEN" sızıntısında olduğu kimi, motivlər də oxşar ola bilər.
Məqsədlər nə ola bilər... Birincisi, yeni qanunlara ehtiyac olduğunu əsaslandırmaq. Bir müddət sonra siyasətçilərin və müəlliflərin bu "sənəd sızıntısı"na reaksiyasını izləmək yerinə düşər.
Bu şantajın ən ağlabatan səbəblərindən biri kimi, Baydenin təbliğ etdiyi qlobal korporativ vergi irəli sürülə bilər. İndiyə qədər bütün ölkələr faizləri minimum 15%-ə qaldırmağa razı deyillər, amma indi onlar üçün "yeni arqumentlər" var.
2008-ci il böhranı zamanı "Dodd-Frank Qanunu" və "Wall Streeti İşğal et" hərəkatından bəri, bəzi demokratlar bankların şəffaflıq və hesabatlılıq baxımından daha da çox tənzimlənməsini tələb edir. "Pandora sənədləri"nin açıqlanması kimi, onların sanksiyaların effektivliyini və çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcəyi bildirilirdi. Obamanın varisi olaraq Baydenin bu sahədə yeni addımlar atacağı gözlənilirdi. Məhz bu gün Bayden, Moskva Dövlət Universitetinin məzunu Saule Ömərovanı ABŞ Maliyyə Nəzarəti Departamentinin rəhbəri təyin etmək planlarını açıqladı. Bu xanım isə eyni fikirləri paylaşan və daha da irəli getməyə hazır olan olduqca radikal xanımdır.
Yeri gəlmişkən, İctimai Dürüstlük Mərkəzinin-Center for Public İntegrity (ICIJ -in ana təşkilatı) sponsorları arasında Demokratlar partiyaya yaxın liberal və feminist təşkilatlar olmaqla bir çox QHT-lər var. Bu vəsaitlərin bir hissəsi də yuxarıda qeyd olunan "Wall Street"i İşğal etməyə kömək etdi. Bunlardan ən məşhuru Corc Soros "Açıq Cəmiyyət" Fondudur.
Bu sənədlərin ortalığa saçılmasının ikinci məqsədi gəlir-asan yoldan pul qazanmaqdır. Deyilənə görə, "FinCEN" sənədlərinin ortalığa atılmasından az əvvəl Soros adları çəkilən bankların səhmlərini satıb. Maraqlıdır, bu ifşalar nəylə nəticələnəcək?

Ülviyyə, Hurriyyet.az