“Panik atak” nədir və yaranma səbəbləri nələrdir?
Bu xəstəliyi keçirən dünya çempionu, qız tələbələr və yüksək vəzifəli dövlət məmurları haqda maraqlı faktlar…
Paşa Yaqub: "Müayinə etdiyim insanlardan biri də dünya çempionu olan idmançıdır…"
Aytən Əlkəbərova: "Xəstəlik yeniyetməlik dövründə yaranır. Bunun səbəbi də insanın bir çox xəstəlikləri sanki üzərində tətbiq etməsidir"
Fuad Bəşirov: "Bu orqanizm üçün “hücum et və ya qaç” siqnalı olaraq adlanır"
Son zamanlar insanlar “panik atak” problemi ilə bağlı tez-tez psixolqa müraciət edirlər. Hər 10 nəfərdən biri ömründə ən az bir dəfə panika halını yaşayır. Əgər təkrarlanan panika halları varsa, o zaman bu panik pozuntu (panika xəstəliyi) adlanır.
Bəs “panik atak” nə deməkdir?
“Panik atak” baş verdikdə insan idarəetməni itirir, infarkt keçirdiyini, öldüyünü və ya boğulacağını düşünür. Çox insanlar həyatları boyunca bir və ya iki panik vəziyyət keçirə bilər. Amma çox vaxt bu vəziyyətə səbəb olan stress aradan qalxdıqda, bu, bir də təkrarlanmır. Lakin təkrar, gözlənilməz “panik atak” keçirtmisinizsə və ya davamlı atakın təkrarlanma qorxusu ilə yaşıyırsınızsa, bu artıq panik pozuntudur.
Psixoterapevt Paşa Yaqub “panik atak”ın yeniyetməlik dövründən yarandığını deyir. O qeyd edir ki, ona “panik atak”la bağlı müraciət edən insanlardan biri də dünya çempionu olub:
"Son vaxtlar “panik atak” gənclər arasında daha çox yayılıb. Psixologiyada bu psixoloji problem kimi göstərilir. Bu xəstəlik neqativ enerjinin orqanizmə daxil olmasından sonra yaranır. Elmi dildə xəstəliyin adı “panik atak”dır. Amma el arasında buna "vəsvəsə" deyilir. Bu cür insanlarda heç bir problem olmadığı təqdirdə həyəcan yaranmağa başlayır. Məsələn, bu cür xəstəliyi olan insanlar fikirləşir ki, yoldan keçən kimsə onu döyə bilər. Yaxud da yüngül xəstəliyi var, amma çölə çıxmaqdan çəkinir ki, yolda ölə bilər. Onu da qeyd edək ki, bu cür xəstəliyi olan şəxslər hətta işə çıxamağa belə çəkinir. Bunun əsas səbəbi isə neqativ enerjinin olmasıdır. Neqativ enerji tilsimdən və ya cadudan yarana, insanın bədənində illərlə qala bilər.
İlk əvvələrdə insanda diksinmə və həyəcanla müşahidə edilir. İllər keçdikcə xəstəlik bütün bədənə yayılmağa başlayır.
Müayinə etdiyim insanlardan biri də dünya çempionu olan idmançıdır. Boyu hündür və bədəni formada olan idmançıdır. Kimsə baxanda ondan çəkinməyə başlayır. Amma “panik atak” problemi var. Deyir ki, çölə çıxa bilmirəm. Sanki kiminsə onu öldürəcəyindən qorxur. Halbuki ilk baxışdan zahiri görkəminə baxsalar, ondan qorxmağa başlayarlar. Həmin idmançını bir neçə dəfə seans edəndən sonra neqativ enerji onda yox olmağa başladı”.
Paşa Yaqub əlavə edir ki, hazırda universitet tələbələrinin müəyyən hissəsində də “panik atak” xəstəliyi mövcuddur: "Bu xəstəlik tələbələrdə də müşahidə edilə bilir. Daha çox qız tələbələrdə olur. Onlar heç kimə inanmaq istəmir.
Başqa bir nümunə də göstərə bilərəm. Bu xanımlarda evlilik probleminə gətirib çıxara bilir. Gənc qızlar evlənməkdən qorxurlar. Fikirləşirlər ki, evləndiyi şəxs onu bədbəxt edə bilər. Halbuki qarşı tərəf pis insan deyil.
Neqativ enerji kompyuter virusu kimidir. İnsanın bədəninə düşür və yayılmağa başlayır. Nəticədə insanda inam hissi silinir. Hətta doğma ata-anasına inanmağın da qarısını ala bilir.
“Panik atak” anadangəlmə olmur. Anadangəlmə neqativ enerji keçə bilər. Dəqiq desək, “panik atak” ufologiya elminə aiddir. Xəstəliyin müalicəsi olmadıqda gələcəkdə xərəçəng və digər xəstəliklərə səbəb ola bilir. Yeniyetmə uşaqlarda “panik atak”ın olmasının əsas səbəbi ana bətnində neqativ enerjiyə yoluxmalarıdır. Uşaq yetkinlik yaşın çatana kimi “panik atak” formalaşamağa başlayır. Nəticədə “panik atak” keçirən insanlar öz yaxınlarını da düşmən kimi görürürlər.
Universitet tələbələrinin çoxusunda hazırda “panik atak” mövcuddur. Yüksək vəzifəli məmurlarda da “panik atak” olur. Onlarda tez-tez həyəcanlanırlar. “Panik atak” keçirən insanlar birinci seansa yanıma gəlirlər. Növbəti dəfə gəlmirlər. Çünki qorxu hissi var. Bu baxımdan, onu yaxınlarından biri gətirməyə çalışmalıdır".
Psixoloq Aytən Ələkbərova deyir ki, insanlarda nəfəs darlığı, tərləmə, titrəmə və solğun düşüncələrin yaranması “panik atak”ın əsas göstəricilərindəndir: “"Panik atak” psixologiyada ən çox yayılan xəstəlikdir. Əslində, psixoloqlar bunun üzərinə vaxtında düşərlərsə, bu xəsətəlik formatında insanları incidə bilməyəcək. “Panik atak” qorxudan yaranan xəstəlikdir. Yaranmış xəstəliyin içində ölmək qorxusu da olur. Xəstəlik yeniyetməlik dövründə yaranır. Bunun səbəbi də insanın bir çox xəstəlikləri sanki üzərində tətbiq etməsidir. Təbii ki, bu, bütün yeniyetmələrə şamil edilmir. Yeniyetməlik dövründə bu xəstəliyin yaranması və vaxtında üzərinə düşülməməsi gələcəkdə çox geniş yayılmış panik pozuntulara gətirib çıxardır. Panik pozuntu olan insanlarda nəfəs darlığı, tərləmə, titrəmə və solğun düşüncələr yarana bilir. Bunlar “panik atak”ın əsas göstəriciləridir. Biz bunu bəzi insalarda müşahidə edə bilərik. Bu cür hallar insanlarda varsa, demək ki, həmin insanda panik pozuntu yaşanıb. Bu insanlarda qorxuducu hala da gətirib çıxara bilər.
Ailədə psixoloji durumun kəskinləşməsi və fiziki zorakığın olması da bu xəstəliyə apara bilən əsas faktorlardandır. Bu cür insanlar tez təsir altında düşə bilir. Psixoloq bu cür xəstəliyi olan insanlarla işləməlidir ki, onlarda qorxu hissi yox olsun".
Psixiatr Fuad Bəşirov qeyd edir ki, “panik atak” çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır: "Həyəcan halı ilə eyni zamanda müxtəlif simptomlar da panika halı zamanı baş verə bilər. “Panik atak” zamanı baş verən fiziki simptomlar ürək və ya döş qəfəsi orqanları xəstəlikləri ilə əlaqəli olmur. Bu simptomlar əsasən, beyindən başlayıb bədənə yayılan sinir implusları nəticəsində yaranır. Bu impulslar adrenalin daxil olmaqla, bir çox hormonların ifrazı ilə nəticələnir. Bu orqanizm üçün “hücum et və ya qaç” siqnalı olaraq adlanır. Bu cür reaksiya insanlar təhlükədə olduqlarında normal sayılmaqdadır. Panika halı zamanı da bədən eyni şəkildə cavab verir. Bu zaman insan çox nəfəs almağa meylli olur (hiperventilyasiya). Əgər panika halında çox nəfəs alıb-versəniz, karbon qazının miqdarı qanda artmış olacaq və qanın turşuluğu dəyişəcəkdir. Bu, daha çox simptomlara və “ürək çırpıntısı”, baş gicəllənmə, uyuşma və iynələnmə şikayətlərinin pisləşməsinə səbəb ola bilər. Bu vəziyət insanı daha da qorxudur və beləcə daha çox nəfəs ala bilər. Həddən çox tənəffüs qısa müddətdə huşun itməsi ilə nəticələnə bilir. Lakin şüurun itməsi nadir görülən bir haldır".
Bəs panika halında nə etmək lazımdır? Dərin nəfəs alıb-vermə texnikasının faydalı olduğu deyən psixiatr, bu cür üsulla panik atak keçirən isanların nəfəs almalarını daha rahat kontrol edə bildiklərini deyir: "Panika halını yüngülləşdirmək və rahatlamaq üçün mümkün qədər yavaş və dərindən nəfəs alın. Nəfəs alıb-verməyə fokuslanın. Bir neçə dəfə, uzun və çox yavaş-yavaş nəfəs almanı təkrarlayın. Bəzi insanlar bir əlini qarını, digər əlini sinəsi üzərinə qoyub, qarınlarıyla nəfəs almalarını, həm yavaş, həm də dərin nəfəs almalarını daha rahat kontrol edə bilirlər. Dərin nəfəs alıb-vermə texnikasını bilən və yerinə yetirən bir çox xəstə panika halına faydası olduğunu deyirlər. Əgər təsadüfi bir panika halı varsa, heç bir müalicəyə ehtiyac yoxdur. Təkrarlanan panika hallarının və ya panik pozuntunun müalicəsi zamanı məqsəd bu vahiməli, qorxulu halların sayını və şiddətini azaltmaqdır. Müalicədə psixoterapiya və ya dərman müalicəsindən istifadə oluna bilər".
YƏHYA