Papa Fransisk Çin xalqı üçün dualar oxumağa çağırıb
2024-06-20 09:40:49
Papa Fransisk Çin xalqı üçün dualar oxumağa çağırıb. O, "Belə gözəl mədəniyyətə sahib olan bu nəcib və çox cəsarətli insanlar üçün həmişə dua edək", deyə çağırış edib.
Papa bu barədə Vatikanın Pekində mərhum elçisinin şərəfinə assosiasiyanın yaradılmasını alqışlayaraq, Müqəddəs Pyotr meydanındakı çıxışı zamanı bildirib.
Müxtəlif hesablamalara görə, Çində 10-12 milyon arasında katolik var. Müqəddəs Taxt-Tac Çindəki katolik sürüsü ilə qarşılıqlı əlaqə yaratmaq üçün daha çox imkan istəyir, lakin Pekin bu cür istəklərə şübhə ilə yanaşır.
Ülviyyə, Hurriyyet.az