📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Papanın dəfn mərasimində geyim qaydalarını kim pozub? - İTTİHAM

2025-04-27 00:39:32

Papanın dəfn mərasimində geyim qaydalarını kim pozub? - İTTİHAM

ABŞ Prezidenti Donald Tramp Vatikanda Papa Fransiskin dəfn mərasimində qara deyil, mavi kostyum geyinərək geyim qaydalarını pozmaqda ittiham olunur.

"Hurriyyet.az" xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşri məlumat yayıb.

Qara don və qara duvaq geyindiyi deyilən Melaniya vida mərasimindən dərhal sonra dəfn mərasiminin bitməsini gözləmədən Trampla eyni vaxtda mərasimi tərk edib.

Nəşrin məlumatına görə, Vatikanın Müqəddəs Pyotr meydanında dəfn mərasimi üçün geyim kodu kişilərdən qara qalstuklu tünd kostyum və yaxasında qara düyməli geyinməyi tələb edir. Qadınlara uzun qara paltarlar, əlcəklər və örtüklər taxmaq tövsiyə olunur.\\Publika.az