📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

2024-07-26 22:18:28

Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.

Hurriyyet.az xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.