📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib

2024-08-02 20:32:55

Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

Hurriyyet.az xəbər verir ki, yığma VI turda Çin yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib - 20:17.