Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi növbəti görüşünə çıxıb
2024-08-01 20:58:51
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Hurriyyet.az xəbər verir ki, yığma IIII turda Almaniya ilə qarşılaşıb.
Görüş komandamızın 8:12 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, seçməmiz daha əvvəl Ispaniyaya 16:18, Fransaya isə 10:15 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.