📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paris Bakının qorxusundan "vəlvələyə düşdü"...

2024-06-06 13:39:57

Paris Bakının qorxusundan

Fransa müstəmləkəçiliyinə qarşı "Bakı Təşəbbüs Qrupu"na cavab olaraq Fransa Senatı “xarici agentlər haqqında qanun”un öz variantını səsverməyə çıxaracaq.

“Bakı Fransaya qarşı aqressiv hərəkətlərini getdikcə gücləndirir. Bunlar qəbuledilməzdir və biz onları son dərəcə qətiyyətlə qınayırıq”, deyə Frankofoniya və xaricdəki Fransa vətəndaşları üzrə təmsilçi nazir Frank Riester bunu Fransa Senatında çıxışı zamanı deyib.

Riesterin sözlərinə görə, “Fransa mayın 30-da Fransa Polineziyasının bəzi müstəqillik liderlərinin Azərbaycan parlamenti tərəfindən dəvət edilməsindən narahatdır”.

"Biz bu praktikanı pisləməyə davam edəcək, həmçinin bu müdaxiləyə qarşı bir növ demokratik qalxan qurmaq üçün hər hansı xarici müdaxiləyə qarşı daha geniş şəkildə hərəkət edəcəyik", deyə nazir hökumətin Bakının qorxusundan necə vələvələyə düşdüyünü faktiki etirf edib.

Frank Riester Fransaya xarici müdaxilənin qarşısını almaq məqsədi daşıyan və bir neçə gün ərzində parlamentdə səsə qoyulmalı olan qanun layihəsini xatırladıb.

“Bu qanun layihəsinin Avropa seçkilərinə bir neçə gün qalmış səsə qoyulması vacibdir. Bazar günü təhlükə altında olan şey özümüzü xarici müdaxilədən qorumaq qabiliyyətimizdir”, deyə o, yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az