📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır" - ELXAN ŞAHİNOĞLU

2024-02-29 12:35:06

"Azərbaycan və Ermənistan rəsmiləri arasında davamlı görüşlər ortamı yumşaltmaq məqsədi daşıyır, ancaq işi yenə Fransa poza bilər"

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlin görüşü arxada qaldı. Görüşdə irəliləyiş əldə olunduğuna dair məlumat yoxdur. Buna baxmayaraq, davamlı görüşlər ortamı yumşaltmaq məqsədi daşıyır. Ancaq işi yenə Paris poza bilər. Münhen görüşündən sonra da belə olmuşdu, liderlər Almaniyanın şəhərində görüşüb fikir mübadiləsi aparmaqla ortamı yumşaltmışdılar. Ancaq bu görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə çağrılması və onun oradan Azərbaycan əleyhinə verdiyi açıqlamalar gərginliyi yenidən artırdı". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Paris bu dəfə də eynisini edə bilər: "Digər tərəfdən, Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır. Paris yanlış siyasətinə görə kənarda qalıb. Anti-Azərbaycan siyasətinə görə Paris Bakı ilə İrəvan arasında vasitəçi statusunu itirib. Bu rola hazırda Berlin iddialıdır və hələ ki, pis alınmır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az